Təyyarə düşüb, ölənlər var

14 Oktyabr 2020 07:48

Kolumbiyanın mərkəzində təyyarənin düşməsi nəticəsində ən az üç nəfər öldü.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Xidməti bildirib.

Bildirilib ki, təyyarə Ubate bələdiyyəsi, Kundinamarka departamentində düşüb: "Üç nəfər yerindəcə öldü, daha bir uşaq xəstəxanaya çatdırılıb".

Artıq mütəxəssislərin hadisə yerinə getdiyi qeyd olunur.

Milli.Az