İspaniya Ukraynaya uduzdu, Almaniya xal itirdi

14 Oktyabr 2020 07:07

Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turuna start verilib.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, ikinci dövrənin ilk oyun günündə 7 matç baş tutub.

A liqasında Ukrayna İspaniyanı qəbul edib. İspanlar bu görüşdə minimal hesabla məğlub olublar. Almaniya isə öz meydanında İsveçrə ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

C liqasında Azərbaycan Kipri, Monteneqro Lüksemburqu sınağa çəkib. Millimizin heç-heçəyə razılaşdığı gündə rəqiblərimizin duelində Lüksemburq səfər qələbəsi sayəsində Monteneqro ilə xallarını bərabərləşdirib.

Qitənin ən zəif millilərinin yer aldığı D liqasında üç görüş baş tutub. Latviya evdə Maltaya uduzubsa, Farer adaları Andorranı məğlub yola salıb. Lixtenşteyn - San Marino matçında isə qapılara qol vurulmayıb.

UEFA Millətlər Liqası
13 oktyabr

A liqası, 4-cü qrup

Ukrayna - İspaniya 1:0
Qol: Tsiqankov, 76.

Almaniya - İsveçrə 3:3
Qol: Verner, 28. Haverts, 55. Qnabri, 60 - Qavranoviç, 5; 57. Freuler, 26.

İspaniya - 7, Almaniya - 6, Ukrayna - 6, İsveçrə - 2

C liqası, 1-ci qrup

Azərbaycan - Kipr 0:0

Monteneqro - Lüksemburq 1:2
Qol
: İvanoviç, 34 - Muratoviç, 42. Sinani, 86.

Lüksemburq - 9, Monteneqro - 9, Azərbaycan - 4, Kipr - 1

D liqası, 1-ci qrup

Latviya - Malta 0:1
Qol: Borq, 90+7.

Farer adaları - Andorra 2:0
Qol
: Olsen, 19; 33.

Farer adaları - 10, Malta - 5, Latviya - 3, Andorra - 2

D liqası, 2-ci qrup

Lixtenşteyn - San Marino 0:0

Cəbəllütariq - 6, Lixtenşteyn - 4, San Marino - 1

Milli.Az