Alaba "Bavariya"nın yeni müqavilə təklifini rədd etdi

13 Oktyabr 2020 18:48

"Bavariya"nın futbolçusu David Alaba klubun yeni müqavilə təklifini rədd edib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, Bundesliqa klubu 28 yaşlı müdafiəçiyə illik 11 milyon avro maaş olmaqla yeni müqavilə təklif edib. Lakin avstriyalı oyunçu bunu rədd edib.

Alabanın Münhen təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Futbolçu ilə "Real" və "Barselona" da yaxından maraqlanır.

Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan D.Alaba geridə qalan mövsüm  41 matça çıxaraq, 2 qol vurub və eyni sayda qolun ötürməsini verib.

Milli.Az