"Arxayın olun, şad xəbərlərə az qalıb"

13 Oktyabr 2020 17:47

"Ordumuzun düşmənə qarşı əks-hücum əməliyyatlarını əla dəyərləndirirəm".

Bunu Milli.Az-a açıqlamasında ehtiyyatda olan polkovnik Elxan Qəniyev deyib.

Polkovnik bildirib ki, Ermənistan Gəncədə törətdiyi terrorla atəşkəs haqqında razılığı pozdu:

"İnsanlarımızda ruh düşkünlüyü var idi ki, döyüşlər dayanacaq. Humanitar atəşkəs haqqında razılıq əldə olunsa da, Ermənistan Gəncəyə atdığı ballistik raketlə yenə aranı qatdı. Gəncədəki terror aktından sonra ordumuz düşmənin nə qədər tankını, texnikasını məhv etdi. Xalqımıza deyim ki, işğalda olan torpaqlarımız azad olunacaq. Allah Ali Baş komandanımızın, ordumuzun canını sağ eləsin.

Ali Baş Komandan xalqımızı böyük qələbələrlə sevindirəcək

Mən indi heç nə açıqlamaq istəmirəm. Düşmənin təxribatlarına cavab layiqincə verilir. Ali Baş Komandanımız xalqımızı böyük qələbələrlə sevindirəcək. Hər şey əladır. Əsgərlərimiz, zabitlərimiz böyük döyüş əhval-ruhiyyəsindədirlər. Heç bir ordu 17-18 günə bu qədər uğur əldə edə bilməz. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara can sağlığı versin. Arxayın olun, şad xəbərlərə az qalıb".

Təhməz Əsədov
Milli.Az