Alimlər arıqlamağa kömək edən 3 effektiv məhsulu açıqladı

22 Noyabr 2020 22:04

Artıq çəki ilə mübarizə aparmağın ən yaxşı yolu ağzınızı nəzarətdə saxlamaq və hərəkətə davam etməkdir. Lakin pəhriz də mühüm rol oynayır.

Milli.Az xəbər verir ki, Çinin sağlamlıq portalının müəllifləri üç məhsulun daha sürətli arıqlamağınıza imkan verəcəyini iddia edir: xiyar, brokkoli və yulafdır.

Çinli mütəxəssislər iddia edir ki, bu 3 məhsulu nə qədər çox yesəniz, bir o qədər çox arıqlayırsınız! Xiyarları qatıqla qarışdırmaq daha effektiv nəticə verir. Tərəvəz az kaloridir. Bədənə toxluq hissi verən çox miqdarda lif ehtiva edir. Qatığın əlavə edilməsi isə mədə-bağırsaq traktının peristaltikasının sürətlənməsi sayəsində daha da böyük təsir göstərir.

Arıqlamağa təsir edən ikinci faydalı tərəvəz brokkolidir. Bu bitki daha çox həll olunan lif ehtiva edir ki, bu da özünüzü daha tox hiss etməyə və yağ yandırmağa kömək edə bilər. Üçüncü məhsul yulafı da qatıqla yemək tövsiyə olunur. Bu yemək sürətlə həm toxluq hissini artırır, həm də bağırsaqları təmizləməyə kömək edir. (publika.az)

Milli.Az