Smartfonların istifadə müddəti nə qədərdir? - Ekspert açıqladı

14 Oktyabr 2020 23:00

Müasir smartfonların əksəriyyəti alıcılara üç ildən çox xidmət etmir.

Milli.Az xəbər verir ki, bu sözləri "Hi-Tech Mail.ru"nun rəhbəri Dmitri Ryabinin deyib. O bildirib ki, 3 ildən sonra telefonlarda ilk növbədə batareyaları ilə əlaqədar problemlər meydana gəlməyə başlayır. Mütəxəssis eyni zamanda qeyd edib ki, orta istifadəçi üç ildə bir dəfə telefon dəyişməyə üstünlük verir. Çünki yeni modellər əvvəlkilərə bənzəyir, odur ki, hər kəsi telefonu dəyişdirməyə məcbur etmək artıq o qədər də asan deyil.

"İndi dəyişdirmə dövrüdür, bir smartfonu üç il istifadə edə bilirik. Bu, bir rekorddur. Əslində, ağıllı telefonlar alıcıların düşüncəsinə görə, köhnəsi sıradan çıxdıqda dəyişdirmək məcburiyyətində olduğumuz məişət əşyasıdır. Alıcılar xüsusiyyət və dizayna əhəmiyyət verməyi dayandırıb", - Ryabinin deyib.

Mütəxəssis batareyanın istifadəyə başladıqdan iki il sonra nəzərəçarpacaq dərəcədə azaldığını qeyd edib. Smartfonun sıradan çıxma müddətini isə orijinal olmayan adapter və batareyanın sürətlənmiş rejimdə doldurulması yaxınlaşdıra bilər. (publika.az)

Milli.Az