Allah dərgahında ən üstün məqam bu 3 qrup insana aiddir

18 Oktyabr 2020 23:45

Uca Allah bütün yaxşı əməl sahiblərinin savabını verəndir və heç bir yaxşı əməl cavabsız qalmayacaqdır. Ancaq Allah dərgahında ən dəyərli əməl - təqvadır. Hər kimin təqvası çox olarsa, onun İlahi qürb cəhətdən məqamı daha uca olar.

Bununla yanaşı, təqva əhlindən sonra ən ali dərəcədə olanlar var.

İmam Baqir (ə) buyurur: "O alim ki, öz elminə əməl edər - 70 min abiddən daha üstündür".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim elm yolunda hərəkət edər, Allah onu behişt yoluna sövq edər və aparar, mələklər elm ardınca olan insan üçün qanadlarını açarlar və alimlər peyğəmbərlərin (ə) varisləridir".

Həzrət Peyğəmbər (s) buyurur: "Alimin yuxusu alim olmayanın ibadətindən daha üstündür".

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, təqva əhlindən sonra Allah dərgahında ən ali dərəcəyə malik olan insanlar - alimlər olacaqdır. O kəs ki, elminə əməl edərsə, elmi olmayanın etdiyi ibadətdən daha üstün məqama malik olar. Əlbəttə ki, abidlərin də məqamı ucadır. Ancaq təqva əhlininin və alimlərin məqamı abiddən daha ucadır. (İslami saytlara istinadən)

Beləliklə deyə bilərik ki, İlahi qürb cəhətdən ən ali məqama malik olan insanlar - təqvalı insanlardır. Onlardan sonra alimlər gəlir və ondan sonrakı məqamda abidlər qərar tuturlar.

Milli.Az