İxlasın 3 dərəcəsi

18 Oktyabr 2020 21:45

İxlas odur ki, əmək yalnız Allah üçün olsun. Uca Allahdan qeyrisindən əməli xalis etməyin də öz dərəcələri vardır.

İxlas hər nə qədər çox olarsa, əməl Allah yanında bir o qədər dəyər əldə edər. İxlas hər nə qədər az olarsa, bir o qədər əməlin dəyərindən kəsilər. Ona görə də Allah qatında möminlərin dərəcələri fərqlidir.

Həzrət Peyğəmbər (s) buyurur: "Möminin dərəcəsi ixlas vasitəsilə üstünlük əldə edər".

İxlasın üç dərəcəsi vardır ki, onlarla tanış olaq:

1. Əməli xalis etmək. Milli.Az deyerler.org-a istinadən bildirir ki, qiyamət günündə əzab olmağın qorxusundan əməli xalis etməkdir ki, bu cür ibadət qulların ibadətidir.

2. Əməldə ixlas. Behiştə çatmaq üçün əməli xalis etməkdir ki, bu cür ibadət - tacirlərin ibadətidir.

3. Əməli hər növ maneədən təmizləmək. Behiştə tamahdan tutmuş, cəhənnəm qorxusuna qədər hər şeydən təmizləmək. Niyyət ancaq Allah razılığı olmalıdır.

Bu dərəcə - ixlasın ən ali dərəcəsidir və o kəslərə aid edilir ki, İlahi məhəbbətə qərq olublar. Yalnız Allahı pərəstişə layiq hesab edir və ona ibadət edirlər. (İslami saytlara istinadən)

Bu, azadilərin ibadətidir...

Milli.Az