Dünyasını dəyişmiş adamın paltarlarına toxunan şəxs cənazəyə toxunma qüslü etməlidirmi?

18 Oktyabr 2020 22:55

Şəriətimizə görə, qüsllərdən biri də ölüyə toxunan zaman vacib olur. Buna şəriətdə "məssi-meyyit qüslü" deyirlər. Bu qüslün vacib olmasının şərti budur ki, yalnız soyumuş və hələ cənazə qüslü verilməmiş meyitə toxunan zaman qüsl alınmalıdır. Bu qüslün səbəbi meyitin murdar olması deyil, yəni məsələn, adamın əli ölüyə toxunsa pak etmək tələb olunmur. Ölünün paltarı və ya şəxsi əşyaları da qətiyyən murdar sayılmır. Onlarla istənilən şəkildə rəftar etmək olar. Ölünün əynindəki paltara, üstündəki şəxsi əşyaya toxunan adamın qüsl etməsi və ya hər hansı ayini yerinə yetirməsi lazım deyil.

Milli.Az