Kağız dəsmallara aldanmayın

2 Yanvar 2012 14:31
Milli.Az "WebMD"yə istinadən bildirir ki, alimlər istifadə olunmamış kağız dəsmallarda insan orqanizmində müxtəlif xəstəliklər yaradan bakteriyalar tapıblar.

Belə patogenlər isə əlini yumuş insanda ola bilər. Xüsusilə də aşağı immunitet səviyyəli insanlar üçün təhlükə daha çoxdur.

Ekspertlər sınaqdan keçirdikləri 6 adda kağız dəsmalların hamısında bakteriyalar tapıblar.
Kağızın təkrar emalı nəticəsində alınmış dəsmallarda isə bakteriyalar normadan 1000 dəfə artıq olub.

Bakteriyalar arasında qida zəhərlənmələrinə səbəb olan "Bacillus" daha çox rastlanıb. Bundan başqa, araşdırma zamanı istifadə edilməmiş kağız dəsmallarda gözlər, ağciyərlər, qan və mərkəzi əsəb sistemində infeksiyalar yaradan "Bacillus cereus" aşkarlanıb.

Milli.Az