İndi növbə bizimdir - Ermənistanı məhvə aparan qərar

12 Oktyabr 2020 11:01

9 oktyabrda Rusiyanın XİN rəhbəri Sergey Lavrovun iştirakı ilə Moskvada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyan arasında keçirilən 10 saatlıq görüşün yekununda Dağlıq Qarabağ münaqişə zonasında humanitar məqsədlərlə atəşin dayandırılması barədə razılıq əldə olundu.

Gecə saatlarında imzalanan sənədə əsasən 10 oktyabr günorta saat 12-dən etibarən Ceyhun Bayramovun da dediyi kimi "müddətsiz atəşkəs" Ermənistanın təxribatı nəticəsində qüvvəyə mindiyi kimi də düşdü. Belə olacağı əvvəlcədən məlum idi. Hələ görüşün başlamasına sayılı dəqiqələr qalsa da Ermənistanın baş naziri Nikol Paşinyan yenə sərsəm bəyanatları ilə bu görüşün onlar üçün heç bir əhəmiyyət daşımadığına işarə edirdi. Hakimiyyətdə olduğu 2 il ərzində Ermənistanı Rusiyadan üzü qərbə yönəldən Paşinyan, 27 sentyabrda Azərbaycana qarşı cəbhəyanı boyunca başlatdığı təxribata cavab olaraq ordumuzun əks-hücumu nəticəsində başını itirən Nikol yardım üçün az qala "dabanını yaladığı" Putinə 5 dəfə telefon zəngi etdi.

Rusiya küskün olduğu Ermənistanı yenə Azərbaycanın əlindən alsa da Paşinyan görüşdən çox keçməmiş Rusiyaya hörmətsizliyini bir daha nümayiş etdirdi və nəticədə humanitar atəşkəs barədə Moskvada qəbul edilmiş sənədə hörmətsizlik edərək 11 oktyabr gecə saatlarında Azərbaycanın ən böyük ikinci şəhəri Gəncəni bombaladı. Hitlerin Varşavanı bombalamasını xatırladan bu hadisə nəticəsində xeyli sayda insan öldü, ondan qat-qat çox dinc sakin isə ağır xəsarətlər aldı. Və bununla da faşizmin dövlət siyasəti olduğunu bir daha elə havadarı Rusiyaya sübut edən Ermənsitan tərəfi öz quldur-terrorist döyüş qaydaları ilə Humanitar hüququn bütün müddəalarını kobudcasına pozmuş oldu.

Ermənistan tərəfi həm də qadağan edilmiş silahlardan istifadə edərək aqressiv-terrorçu niyyətlərini ortaya qoyur. Beynəlxalq humanitar huququn prinsiplərinə görə toksinli silahlardan istifadə Cenevrə protokoluna görə qadağandır. Ermənistan tərəfi qaydaları pozaraq mülki əhalinin sıx yaşadığı Azərbaycanın şəhər və rayonlarını fosforlu bombalardan atəşə tutmaqda davam edir. 

Ermənistan tərəfi münaqişə zonasından kənarda yerləşən və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni, Mingəçevir elektirik stansiyasını, münaqişə zonasına yaxın yerləsən kənd və rayonları və eləcə də BTC kəmərinin keçdiyi ərazini şiddətli artilleriya və bombardmana məruz qoymaqla bütün hüquqi normativləri pozsa belə Azərbaycan ordusunun əks-hücumundan az qala piqmeylərə, masaylara, himba tayfasına, huli tayfasına da yalvaran Paşinyanın müdafiəsinə qalxan beynəlxalq təşkilatlar və hegemon dövlətlər 30 ildə olduğu kimi boş bəyanatlarla kifayətləndilər. Bu azmış kimi həyasızlıqları bütün dünyaya bəlli olan düşmən tərəfi Gəncəni onların bombalamadıqlarını deməklə şizofren xəstələrindən ibarət bir qrup şəxslərin Ermənistanı idarə etdiyini yenidən təsdiqləmiş oldu.

Moskva görüşü Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistana verilən son şans idi. Hər vəchlə Azərbaycanı təxribata çəkməyə çalışan rəsmi İrəvan bununla da Rusiyanın prosesə açıq müdaxiləsini təmin etməyə çalışır. Münaqişədə üçüncü tərəf kimi Rusiyaya iştirak haqqı vermək üçün hər yola əl atan Paşinyanın cəhdləri bu dəfə heç bir işə yaramayacaq. Çünki düşmən Azərbaycan xalqının və hakimiyyətinin səbrini daşırdı. Düşmən Azərbaycan Prezidentinin şərtlərini qəbul etməyəcəyini göstərməklə Qarabağ probleminin həlli üçün müharbədən başqa çıxış yolu qoymadı. Humanitar atəşkəs rəsmi İrəvanın son arqumentini də əlindən almaq üçün atılmış bir addım idi. İndi növbə Azərbaycan ordusunundur...

Təhməz Əsədov
Milli.Az