PSJ Ronalduya müqavilə təklif etməyi planlaşdırır

11 Oktyabr 2020 18:06

PSJ "Yuventus"un futbolçusu Kriştianu Ronalduya növbəti yay transfer pəncərəsində müqavilə təklif etməyi planlaşdırır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin klubu hazırda maddi problem içərisindədir. Paris təmsilçisi isə bu fürsətdən istifadə edərək, portuqaliyalı hücumçunu heyətinə qatmaq niyyətindədir.

Ronaldonun İtaliya klubu ilə sözləşməsinin müddəti 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, K.Ronaldu "Real"dan PSJ-yə 2018-ci ilin yayında keçib.

Milli.Az