“Erməni terrorizminə son” - Məşhurlar Gəncənin vurulmasından yazdılar - FOTO

11 Oktyabr 2020 14:21

Gecə yarısı Gəncə şəhəri Ermənistanın raket hücumuna məruz qalıb. 3 yaşayış binası dağıdılıb. İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7 mülki şəxs öldürülüb. Uşaqlar da daxil olmaqla 33 mülki şəxs ağır yaralanıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Gəncədə yaşananlar sosial şəbəkədə etirazla qarşılanıb. İstifadəçilər "Erməni aqressiyasına son", "Erməni terrorizminə son", "Ermənilərə inanmayın", "Gəncə üçün dua edin" haştaqları ilə paylaşımlar ediblər. Paylaşım edənlər arasında sənət adamları da var. Onlar Gəncədə yaşananları, əsasən, ingilis və rus dillərində bölüşüblər.

Qeyd edək ki, erməni terrorizminə "yox" deyənlər arasında müğənni Günay İbrahimli, Ayan Babakişiyeva, Roza Zərgərli, Nigar Camal, Zamiq Hüseynov, aparıcı Kəmalə Piriyeva, Alidə Mustafayeva, rəqqasə Oksana Rəsulova və başqaları var.

Milli.Az