Hipofiz şişləri nədir və ən çox nədən yaranır?

17 Oktyabr 2020 22:40

Hipofiz orqanizmin əsas vəzlərindən biridir. Endokrin sistemin əsas vəzisi sayılır. Başqa adla beyin artımı kimi təqdim olunan bu vəz beyinin əsas sümüyünün  "türk yəhəri" adlandırılan çuxurunda yerləşir. Lobya böyüklükdə girdə ya oval formada tək üzvdür. Hipofiz hormonları bütün endokrin orqanların fəaliyyətinə təsir edir, eləcə də müstəqil olaraq bədən funksiyalarını birbaşa tənzimləyir. Hipofiz hormonlarının artıqlığı və ya çatışmazlığı ciddi xəstəliklərə gətirib çıxarır.

Hipofizin həm xoş, həm də bədxassəli şişləriniə rast gəlinir.

Milli.Az e-tibb.az-a istinadən neyrocərrah Vüqar Mirzəliyevin hipofiz şişləri barədə fikirlərini təqdim edir:

Beyindaxili şişlərin 15%-ni hipofizin şişləri təşkil edir. Hipofiz özü beynin daxili sekresiya vəzilərindən olub, öz hormonları vasitəsilə endokrin sistemi və orqanlar sisteminin funksiyalarını tənzim edir:

Prolaktin

Adrenokortikotrop hormon və ya AKTH

Boy hormonu

Tiriostimulyasiyaedici hormon

Hipofiz şişlərini əmələ gətirən faktorlara aşağıdakılar aiddir:

Sinir sisteminin infeksion xəstəlikləri

Kəllə və baş beyin travmaları

Hormonal preparatlar

Hamiləlik vaxtı dölə zərərli təsirlərin olması

75% hallarda hipofizin şişləri hormonal mənşəli olurlar. Şiş tərəfindən bir və ya neçə hormon sintez edirlərsə, aşağıdakı hallar meydana çıxa bilər:

Mərkəzi hipotireoz

Kuşinq Sindiromu

Akromeqaliya və ya qiqantizm

Prolaktinoma

Şişin böyüməsi zamanı hormon sintez edən hüceyrələr zədələnə bilər ki, bu da hipopiutarizm adlanan vəziyyətə gətirib çıxara bilər.

Milli.Az