Papillomavirus infeksiyaları

17 Oktyabr 2020 19:15

Papillomavirus infeksiyalarının törədicisi olan insan papillomavirusu cinsiyyət uzvlərinin şiş xəstəliklərinin səbəbi hesab olunur. Bu xəstəliyin adı əvvəllər həkimlərə kondilomalar cinsi ziyillər adı ilə məlum idi. Klinikası aşağıdakılardır:
Morfoloji baxımdan 3 növü ayırd edilir.
- itiulu kondiloma
- papilyar kandiloma
- yastı kandiloma
- giqant Buşke-Lyovenşteyn kondilomasi
Diaqnostikası:
Aydın şəkildə kondilomanın aşkar olunması zamanı papillomavirus infeksiyasının diaqnozu çətinlik törətmir. Yastı kandilomanın kolposkopik mənzərəsi intraepitelial karsinomaya oxşardır.
Müalicə:
Müalicə prosesin xarakterindən və yanaşı xəstəliklərin nəzərə alınmasına uyğun olaraq aparılır. Eyni vaxtda kolpit, servisit, uşaqlıq boynu eroziyası və digər xəstəliklərin müalicəsi mümkündür. Anogenital kondilomaların müalicəsində istifadə olunan metodlar aşağıdakı qruplara bölünür:
*Sitotoksiki preparatların tətbiqi - podofillin, podofillotoksin, 5-ftorurasil.
*Destruktiv metodlar - fiziki, kimyəvi.
*Immunoloji metodlar.
Kombinəedilmiş metodlar - müxtəlif müalicə metodlarının birgə aparılması.

Milli.Az