Azərbaycan idmançılarının da qatılacağı qılıncoynatma üzrə Avropa çempionatı ləğv olunub.
Milli.Az apasport.az-a istinadla bildirir ki, Belarusun paytaxtı Minskdə təşkil olunması planlaşdırılan yarışın ləğvinə səbəb koronavirus pandemiyasıdır.
Növbəti Avropa çempionatı 2021-ci ildə baş tutacaq. Həmin yarış Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək.
Qeyd edək ki, son qitə çempionatı ötən il Almaniyanın Düsseldorf şəhərində təşkil olunub.
Milli.Az