Dağıstanda onlarla uşaq kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib

9 Oktyabr 2020 15:59

Rusiyanın Dağıstan Respublikasında 42 uşaq kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, uşaqlardan 36-ı məktəbəqədər müəssisələrdən, dörd nəfəri isə məktəblərdən gətirilib.

Bəzi xəstələrin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hazırda infeksiyanın mənbəyi ilə bağlı araşdırma aparılır.

Milli.Az