Britaniyada «Kinq-Konq» doğuldu - FOTO
23 Aprel 2010 15:29
"The Sun" qəzetinin yazdığına görə, 35 yaşlı Şeron Nidhemin dünyaya gətirdiyi körpənin çəkisi 6,5 kiloqramdır. Bu, 6 aylıq uşağa xas çəkidir. Həkimlər uşağı dünyaya gətirmək üçün qeysər kəsiyi etməli olublar. Bu zaman həkimlər ana ilə zarafatlaşmağı da unutmayıb: "Uşağa məktəbli forması almısız?" Uşağın göbəyini kəsən digər həkim isə deyib: "Bu, göbəkbağı yox, əsl yanğınsöndürmə şlanqıdır".
Milli.Az
