Azərbaycanda 20-dən çox turizm şirkəti bağlandı - SİYAHI

30 Dekabr 2011 13:06
Milli.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə "RİAD TOUR" MMC-yə, "Heritage Travel" MMC-yə və "AZLİT" MMC-yə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.

Bundan başqa, Tovuz şəhərində fəaliyyət göstərən "İzel" mehmanxanasına və Naftalan şəhərində fəaliyyət göstərən "Qaşaltı" sanatoriyasına mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar"ın 5.1.2-ci bəndinə uyğun olaraq, aşağıda adları çəkilən şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziyaların fəaliyyəti dayandırılıb.

- "Azərilər-A" MMC
- "Türbət" MMC
- "AB Travel" MMC
- "Ərəfat" MMC
- "Universe Travel" MMC
- fiziki şəxs Cəfərov Ruslan İlyas oğlu
- "American Tours" MMC
- "Mikado" MMC
- "EM-AY Səyahət" MMC
- "Bon Voyaj" MMC
- "Nasano Qrup"
- "Metropol Travel" MMC
- "Qala Travel" MMC
- "Şəlalə AA Travel" MMC
- "Asan-Tur" firması
-"İslam-S Turizm" MMC
- "CAM QRUP" MMC
- "Royal Travels LTD" MMC
- "ALMA TURİZM" MMC
- "Çinar Turizm" MMC
- "Comfort Travel" MMC
- "Diskover LTD" MMC.

Milli.Az