PSJ-də yeni hücumçu

5 Oktyabr 2020 10:46

PSJ növbəti transferini həyata keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Paris təmsilçisi "Everton"un hücumçusu Moyze Kini icarəyə götürüb. İtaliyalı oyunçu 2021-ci ilin iyununa kimi PSJ-də icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Kin ötən mövsüm 33 matçda 2 qol vurub, 2 qolun ötürməsini verib.

Milli.Az