Bakiyev istefa ərizəsini təzyiq altında yazdığını bəyan etdi

23 Aprel 2010 14:43
Milli.Az RİA "Novosti"yə istinadən xəbər verir ki, o, istefa ərizəsini təzyiq altında yazdığını bildirib. "Mən ərizə yazan zaman hakimiyyəti çevriliş yolu ilə ələ keçirmiş qüvələrdən hədələr var idi", - deyə Bakiyev bildirib. Qırğızıstana prezident kimi qayıtmaq fikrində olmadığını deyən Bakiyev bununla yanaşı, heç bir ölkədən siyasi sığınacaq istəməyəcəyini də bildirib.

Bakiyev yaxın zamanlarda BMT, ATƏT, MDB və Avropa İttifaqına müraciət edərək, onları Qırğızıstana dəstək olmağa çağıracaq.

Xatırladaq ki, Bakiyev Minskdəki mətbuat konfransında ölkəsində baş vermiş çevrilişə görə, Rusiyanı günahlandırıb.


Milli.Az