Kuba Varadero turizm məkanını oktyabrda xarici müsafirlərə açacaq

5 Oktyabr 2020 09:07

Xarici turistlərin Kubanın əsas turizm bölgələrindən biri olan Varaderoda qəbulu oktyabrın 15-dən başlayacaq.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Qranma" qəzeti xəbər verir.

Məlumata görə, koronavirusun yayılmasının qarşısını almaq üçün bölgədəki hər bir oteldə tibb mütəxəssislərindən ibarət qruplar çalışacaq. Bundan əlavə, bütün xidmətlər üçün ödəniş yalnız bank kartları ilə həyata keçiriləcəkdir.

Turizm Kuba dövlətinin xəzinəsinin əsas maliyyə mənbələrindən biridir. Ötən il bu sahə adaya 3 milyard dollara qədər vəsait qazandırıb.

Milli.Az