Obama ilə Putin dünyanın ən nüfuzlu siyasətçiləridir

23 Aprel 2010 13:38
"France 24" telekanalının məlumatına görə, sorğu martın 31-dən aprelin 12-dən Qərb ölkələrində (Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və ABŞ) aparılıb. Məlum olub ki, ABŞ prezidenti Barak Obama ilə Rusiyanın baş naziri Vladimir Putin dünyanın ən nüfuzlu siyasətçiləridir. Rəyi soruşulan 6 min insanın 82%-i Barak Obamanın adını çəkib. 62% respondent Vladimir Putinin də dünya siyasətinə təsirini vurğulayıb. Rusiyanın dövlət başçısı Dimitri Medvedev cəmi 42% səs toplayıb.

Milli.Az