Avropa Liqasının pley-off mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.
Milli.Az apasport.az-a istinadla bildirir ki, cədvəldə bəzi dəyişikliklər baş verib.
İlk "100-lük"də yer alan yeganə Azərbaycan klubu "Qarabağ"ın mövqeyini yaxşılaşdırıb. Pley-offda Polşanın "Legiya" klubunu 3:0 hesabı ilə darmadağın edən Qurban Qurbanovun yetirmələri əmsalını 21,000-a çatdırıblar.
Bununla da Ağdam klubu bir pilləlik irəliləyişə nail olub. Hazırda "Qarabağ" 64-cü sıranı Rumıniya təmsilçisi "Styaua" ilə bölüşür.
Azərbaycan çempionu 60-cı pillədə yer alan PSV (Niderland), "Milan" (İtaliya), "Borussiya" (M, Almaniya) və "Standard"dan (Belçika) cəmi 1 xal geri qalır.
Qeyd edək ki, reytinqə 111 xala malik Almaniya "Bavariya"sı başçılıq edir.
Milli.Az