Danimarka irəlilədi, Azərbaycan mövqeyində qaldı - UEFA reytinqi

1 Oktyabr 2020 15:23

Avrokubokların növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən son 3 matçdan sonra cədvəldə cüzi dəyişikliklər yaşanıb.

Bu, əsasən ölkələrin xal hesabını dəyişməsindən ibarət olub. Cədvəldə yalnız bir dəyişiklik baş verib. "Midtülland"ın qələbəsi sayəsində Danimarka Kipri arxada qoyub. 26-cı pillədə qalan Azərbaycanın hesabında 16,250 xal var.

Qeyd edək ki, cədvəlin ilk pilləsində 81,069 xala malik İspaniya qərarlaşıb.

Milli.Az