Tapqaraqoyunlu kəndini iriçaplı silahlardan atəşə tutub, 2 ev yararsız hala düşüb - FOTOSESSİYA

1 Oktyabr 2020 12:44

Ötən gün axşam saatlarından Ermənistan ordusu Goranboy rayonunun Tapqaraqoyunlu kəndini iriçaplı silahlardan atəşə tutmağa başlayıb. 

Milli.Az APA-ya istinadən bildirir ki, nəticədə kənd sakinləri Binnətov Bayram və Qarayeva Səbinəyə məxsus evlərə mərmi düşüb.

Hər iki evə ciddi ziyan dəyib. Ev sahibləri həmin vaxt evdə olmadığından xəsarət alan və ölən olmayıb. 

Milli.Az