Ağır itkilər verən düşmən ölü və yaralıların evakuasiyasını təşkil etməkdə acizdir

30 Sentyabr 2020 19:31

Ermənistanın birinci ümumqoşun ordusunun 10-cu dağadıcı diviziyasının Conaşendə yerləşən 7-ci dağadıcı alayının ikinci taborunun şəxsi heyyəti ağır itkilərə məruz qalaraq öz mövqelərini özbaşına tərk edərək qaçıb və həmin diviziyanın Ağdərə yaşayış məntəqəsində yerləşən 5-ci dağıdıcı alayının qərargahına zərbərlər endirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a bildirilib ki, hazırda cəbhənin Ağdərə, Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı davam etdirilir.

Canlı qüvvə və döyüş texnikası baxımından ağır itkilər verən düşmən ölü və yaralıların evakuasiyasını təşkil etməkdə aciz qalıb.

Milli.Az