Düşmən mülki infrastruktur obyektlərini intensiv atəşə tutmaqda davam edir

30 Sentyabr 2020 17:27

Düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Bu barədə Milli.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Milli.Az