Şuşada “ASAN xidmət” mərkəzi yaradılacaq

30 Sentyabr 2020 16:44

"ASAN xidmət"in sədri Ülvi Mehdiyev "Facebook" səhifəsində Qarabağın gözü Şuşa ilə bağlı videoçarx paylaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, videopaylaşımda tezliklə işğaldan azad olunacaq Şuşada "ASAN xidmət" mərkəzinin yaradılacağına və burada vətəndaşlara xidmət göstəriləcəyinə əminlik ifadə olunub.

Milli.Az