Bakıda teatr binasında yanğın olub

30 Sentyabr 2020 18:00

Gənc Tamaşaçılar Teatrının binasında yanğın olub.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, bir neçə dəqiqə əvvəl teatrın elektrik xəttində qısaqapanma olduğu üçün yanğın başlayıb.

Yanğınsöndürənlərin müdaxiləsindən sonra yanğın söndürülüb.

Milli.Az