Flikin istədiyi futbolçu “Atletiko”da

30 Sentyabr 2020 19:30

İspaniyanın "Atletiko" klubunun futbolçusu Tom Lemar karyerasını Almaniyada davam etdirə bilər.
 
Milli.Az apasport.az-a istinadla bildirir ki, 24 yaşlı yarımmüdafiəçi "Bavariya"nın maraq dairəsinə düşüb.
 
Baş məşqçi Hans-Diter Flik transfer dövrünün sonunadək Lemarı sərəncamında görmək istəyir. Mütəxəssisin istəyinin reallaşması üçün Münhen təmsilçisinin icarə variantından yararlanması gözlənilir.
 
Qeyd edək ki, "Atletiko" Lemarı 2018-ci ilin yayında "Monako"dan 70 milyon avroya transfer edib.

Milli.Az