Daha 7 şagirddə koronavirus aşkarlanıb

30 Sentyabr 2020 12:58

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Milli.Az-a bildirilib ki, sentyabrın 29-da 11 şagirdin, 2 işçi heyətin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 7 şagird və 1 işçidə koronavirus aşkarlanıb.

Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 19 olub.

Milli.Az