Binəqədidə yüzlərlə şəxs könüllü olaraq hərbi xidmətə yollanıb - FOTO

30 Sentyabr 2020 14:23

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsində növbəti izdiham yaşanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yüzlərlə çağırışçı şöbəyə gələrək könüllü olaraq hərbi xidmətə yollanıb.

Böyük ruh yüksəkliyi ilə şöbəyə gələn könüllülər xüsusi nəqliyyat vasitələri ilə hərbi hissələrə alqışlarla yola salınıb.

Milli.Az