Ermənilərin 7 mülki şəxsi yaraladığı yerdən FOTOlar

30 Sentyabr 2020 10:34

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələri növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutub.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, Tərtərə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, o cümlədən mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan vurulub. 

Mərmi nəticəsində bir minik avtomobili də yararsız hala düşüb.

Həmin ərazidən fotoları təqdim edirik:

Milli.Az