Dünyada koronavirusdan sağalanların sayı 25 milyonu keçdi - STATİSTİKA

30 Sentyabr 2020 10:18

Dünyada 33 844 178 nəfərdə koronavirus aşkarlanıb.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 1 012 659 nəfər ölüb, 25 148 403 nəfər sağalıb.

Virusa yoluxma sayının bir milyondan çox olduğu dövlətlər ABŞ (7 406 146 nəfər), Hindistan (6 225 763 nəfər), Braziliya (4 780 317 nəfər), Rusiya (1 167 805 nəfər) və Kolumbiyadır (818 203 nəfər).

İranda 453 637, Türkiyədə 317 272, Ermənistanda 49 901, Gürcüstanda 5 866 nəfərdə koronavirus qeydə alınıb.

Azərbaycanda koronavirusun aşkar edildiyi 40 119 nəfərin 590-ı ölüb, 37 827 nəfər isə sağalıb.

Milli.Az