UEFA-dan Ermənistandakı Avropa Liqası matçı ilə bağlı yeni qərar

30 Sentyabr 2020 10:45

UEFA Avropa Liqasının pley-off mərhələsinində Ermənistanın "Ararat Armenia" və Serbiyanın "Srvena Zvezda" komandaları arasında keçiriləcək oyunla bağlı yeni qərar qəbul edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Qərara görə, qarşılaşmanın yeri dəyişdirilib və oyun oktyabrın 1-də Kiprin paytaxtı Nikosiyadakı GSP stadionunda təşkil olunacaq.

Sözügedən matç Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Qeyd edək ki, Serbiya klubu Ermənistanın səfərbərlik elan etməsinə görə İrəvana getməkdən imtina etmişdi. Ona görə də klub 1 oktyabrda oynanılacaq  matçın Belqradda keçirilməsi üçün UEFA-ya müraciət etmişdi.

Milli.Az