Günün yuxuyozması
1 Yanvar 2012 06:00
Milli.Az xəbər portalı Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.
Blinçik - Yuxuda blinçik yeyirsinizsə, bütün işləriniz uğurlu olacaq. Bişirmək - evdə qənaətcil olacaqsınız.
Yelləncək - dəyişkənliyə işarədir. Əgər yuxuda yelləncəkdə yellənirsinizsə, sevdiyinizsə yanınızda dayanıbsa, real həyatda sizi möhkəm qısqanacaqlar.
Kəndir - üfqi vəziyyətdə asılıbsa - yola çıxacaqsınız, şaquli asılıbsa - yolda, nəqliyyatda təhlükə gözlənilir, ilgək - sizi aldadacaqlar, həlqə kimi toplanmış kəndir - ağciyərlərinizi yoxladın.
Zürafə - Yuxuda zürafə görmüsünüzsə, deməli, arzunuz hələ də əlçatmazdır. Zürafə başını əyibsə, heç ummadığınız bir adam sizə böyük kömək göstərəcək. Bir sürü zürafə - tezliklə düşmənlərinizlə üz-üzə gələsi olacaqsınız. Zürafənin belində gəzmək - gözünüz ayağınızın altını görmür.
Ventilyator - Yuxuda ventilyatorun sərin havasından həzz alırsınızsa, məzuniyyət barədə fikirləşin. Yuxuda ventilyatorunuz sınıbsa, kədərlənəcəksiniz. Əgər ventilyatorun propelleri əlinizi yaralayıbsa, deməli, pullarınızı qorumaq üçün kifayət qədər tədbir görməmisiniz.
Milli.Az