Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

30 Sentyabr 2020 09:50

Çində son sutka ərzində daha 19 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "worldometers.info"da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 403-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.

Ümumilikdə 80 578 xəstə sağalıb. Ölkədə 191 aktiv koronavirus xəstəsi var ki, onlardan da 3-nün vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az