Ərzaq mağazasında yanğın olub

30 Sentyabr 2020 09:17

Ağcabədi rayonunda ümumi sahəsi 225 m² olan ərzaq mağazasının yanar konstruksiyaları 140 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Milli.Az