Düşmən Tərtər şəhərini artilleriya atəşinə tutur

30 Sentyabr 2020 08:34

Düşmən Tərtər şəhərini artilleriya atəşinə tutur.

Bu barədə Milli.Az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Sentyabrın 30-da səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur.

İlkin məlumata görə mülki infrastruktura ziyan dəyib və yaralılar var.

Milli.Az