Flora Kərimova: «İlhamə Quliyevanın ifasını çox bəyənirəm…»

23 Aprel 2010 13:06
Milli.Az xəbər portalının məlumatına görə, Day.Az saytına müsahibəsində o, Faiq Ağayevi "yeni sürprizlər"in gözlədiyini söyləyib. "Hamı Faiqin mənim anamı necə təhqir etdiyini xatırlayır. O, anam haqda "...tuluğundan çıxmış anası" ifadəsini işlədib və məhkəmədə də bunu mövcud olmayan saytdakı saxta məqaləyə əsaslanaraq, sübuta yetirməyə çalışıb. Odur ki, Faiqi yeni sürprizlər gözləyir. Mən onu sənədləri saxtalaşdırdığı üçün məhkəməyə verəcəm", - deyə F.Kərimova bildirib.

İlhamə Quliyeva ilə münasibətləri haqda da danışan xalq artisti onların arasında "iki müğənni yox, iki qadın davasının getməsi" barədə fikirlərə belə münasibət bildirib: "Nə deyirlər? Deyirlər ki, kimsə məni atıb onun yanına gedib?! Yoxsa mən onun əlindən kimisə almışam?! İki qadının davası... Məni bu pilləyə sənət, İlhaməni isə təbliğat qaldırıb. Fərqi yoxdur?! Bu, mənim onunla yox, onun mənimlə olan münaqişəsidir. Biz heç zaman rəfiqə olmamışıq, mən İlhamə ilə heç nəyi bölüşməmişəm. O, həmişə mənim uğurlarımı təkrarlamaq istəyib. Mənim Emin Sabitoğlunun "Bir axşam taksidə" mahnısını oxumağım bəs etdi ki, o dəqiqə İlhamə bəstəkardan özü üçün "Çiçək yağışı"nın bəstələnməsini istəsin. Amma etiraf edirəm ki, o, bu mahnını gözəl oxuyur".

Ümumiyyətlə, F.Kərimova İ.Quliyevanın bəzi ifalarını çox bəyənir: "Məsələn, "Çiçək yağışı" çox xoşuma gəlir. Bundan başqa, İlhamənin ifasında "Yandım, elə yandım", "Sırğamın qaşı zümrüd" kimi mahnıları da çox bəyənirəm. Onları əla oxuyur!"

69 yaşının olduğunu etiraf edən Flora Kərimova kişilər üçün həmişə arzuolunan qadın olması haqda suala belə cavab verib: "Ondan başlayaq ki, mən heç zaman özümü əsl qadın kimi hiss etməmişəm. Bunu o qadınlar hiss edir ki, seks onlar üçün həyatın məğzi olsun. Mənisə heç zaman bu, narahat etməyib. Məni qocalığım, saçımın ağarması heç vaxt qorxutmayıb".

Milli.Az