Bakıda mənzildə meyit tapılıb

29 Sentyabr 2020 20:36

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Milli.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə,  çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Kiletiska Lolita Aleksandrovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az