Sumqayıtda qanunsuz mətbəə aşkarlandı
23 Aprel 2010 12:38
Şəhər Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, "Qurd Dərəsi" adlanan bağlar yaşayış sahəsində, Əzim Həsənovun bağ evindən lisenziyalaşdırılma şərtlərinin pozulması ilə qanunsuz olaraq yenidən dərc etmə və ya yayma üçün istifadə edilən 3 ədəd "Rezoqraf" aparatı aşkarlanıb.
Evə baxış zamanı həmin aparatlarda çap olunmuş 20 ədəd müxtəlif növ kitab cildləri, kitabların üzlükləri və orta məktəb gündəlikləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az