Vaqif Dərgahlı: "Madagizdəki erməni ordusunun alayı təşvişdədir, döyüş əməliyyatı rayonunu tərk edirlər"

29 Sentyabr 2020 14:32

Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub.

Milli.Az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb:

"Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər".

Milli.Az