Arif Babayev insult keçirib

29 Sentyabr 2020 14:24

Xalq artisti Arif Babayev insult keçirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu haqda Xalq artisti Mənsum İbrahimov məlumat verib.

O bildirib ki, A. Babayev bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib, hazırda səhhəti yaxşıdır:

"Bu gün xəstəxanadan çıxmalı idi. İndi hər şey qaydasındadır".

Milli.Az