Çinli gənclər Qarabağla bağlı paylaşımlar edib - VİDEO - FOTO

29 Sentyabr 2020 18:00

Yüzlərlə çinli gənc öz sosial şəbəkə hesablarında Azərbaycanla, Qarabağla bağlı paylaşımlar edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, onlar Çində yaşayan və fəaliyyət göstərən azərbaycanlı gənclərin Çinin ən böyük sosial şəbəkələrində Qarabağ həqiqətləri ilə bağlı yaydıqları məlumatları paylaşıblar.

Paylaşımlarda Qarabağın tanınmış mədəniyyət və incəsənət xadimlərinin şəkillərindən ibarət poster də yer alıb.

Milli.Az