Ermənistan ordusunun alay komandiri ağır yaralanıb - MN

29 Sentyabr 2020 13:36

Ermənistan ordusunun alay komandiri ağır yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatı nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan ağır yaralanıb.

Milli.Az