XİN: Ermənistandan mülki əhaliyə qarşı atəşi dayandırmasını tələb edirik

29 Sentyabr 2020 13:34

Ermənistandan mülki əhaliyə qarşı atəşi dayandırmasını tələb edirik.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun birgə keçirdiyi brifinqdə XİN-in sözçüsü Leyla Abdullayeva deyib.

O, beynəlxalq təşkilatları erməni tərəfinin bu addımlarını kəskin şəkildə qınamağa çağırıb.

"Eyni zamanda, beynəlxalq təşkilatları Ermənistanın beynəlxalq hüququn prinsiplərinə əməl etməsini təmin etməyə çağırırıq", - XİN rəsmisi vurğulayıb.

Milli.Az