Vaqif Dərgahlı: "Bugünkü döyüşlərdə helikopterlərdən istifadə edilmir"

29 Sentyabr 2020 12:37

Ermənistan tərəfinin guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yaydığı məlumat onların növbəti dezinformasiyasıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib:

"Bildiririk ki, Azərbaycan Ordusu bu gün keçirilən əməliyyatlarda helikopterlərdən istifadə etməyib".

Milli.Az