"Azərkosmos": "Vardenis-Ağdərə yolu da daxil olmaqla bütün Azərbaycan ərazisində davamlı monitorinqlər aparılır"

29 Sentyabr 2020 13:45

İşğal altındakı torpaqlarımıza gedən ən strateji yollardan biri, artıq ordumuzun atəş nəzarəti altında olan Vardenis-Ağdərə yolu da daxil olmaqla hər bir qarış torpağımızda "Azersky" peyki vasitəsilə davamlı monitorinqlər aparılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərkosmos" ASC məlumat yayıb.

Məlumatda bildirilir: "Bu gün cəsarətli ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə düşmən üzərində qələbəyə doğru böyük inamla irəliləyir. Əminik ki, tezliklə zəfər bizim olacaq!"

Milli.Az